XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2018 - 17:51

Bakıda “Dəyişən cəmiyyətdə dəyərlər” mövzusunda konfrans keçirilib –FOTO

8 dekabr 2018-ci il tarixində Almaniyanın qeyri-hökumət təşkilatı Frauenhaus Bergstrasse e.V.  və Azərbaycanda “Qadınlar Arasında Həmrəylik”  İctimai Birliyi tərəfindən həyata keçirilən “Cəmiyyətin inkişafı üçün ümumbəşər dəyərlərin  təşviqi” layihəsinin  Dəyişən Cəmiyyətdə Dəyərlər mövzusunda yekun konfransı keçirilib.

Layihə Şərq Tərəfdaşlığı ölkələrində və Rusiyada vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişafı çərçivəsində Federal Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilib. Konfransın əsas məqsədi vətəndaş cəmiyyətinin nümayəndələrinin arasında sinerjinin gücləndirərək mövcud dəyərlər və stereotiplər arasındakı fərqləri müzakirə etməkdir.

Konfransı açılış nitqi ilə açan Əliməmməd Nuriyev qonaqları salamlayaraq konfransda gündəliyə çıxarılan mövzular haqqında məlumat verib. Daha sonra konfrans ekspertlərin çıxışları ilə davam edib. ADA Universitetinin professoru, İlahiyyatçı alim Nəriman Qasımoğlu “Azərbaycanlılar, mədəni kimlik, milli və mənəvi dəyərlər və gender bərabərliyi” mövzusunda çıxış edərək azərbaycanlıların mədəni kimliyi və dəyərləri, bu dəyərlər sistemində qadının yeri barədə danışıb. Həmçinin Azərbaycan folklorunda və İslam dinində qadının rolu, qadınların haqları barədə ətraflı məlumat verib.

Professor Fərhad Mehdiyev “Qloballaşan dünyada milli və sosial dəyərlərin transformasiyası” mövzusunda çıxış edib.

“Frauenhaus Bergstrasse e.V.” İctimai Birliyinin sədri, Helena Veber mükafatçısı xanım Kristin Klein “Qadınların hüquqlarının və sosial iştirakçılığının təşviqində VCT-lərin rolu” mövzusunda çıxış edərək Almaniya təcrübəsindən maraqlı və faydalı nümunələr gətirib. Konfrans iştirakçıların sualları və suallar ətrafında müzakirələrlə davam edib.