XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2018 - 21:29

Bu il Azərbaycanda evlənən cütlüklərin sayı 50 mini keçib –12 min adam boşanıb

 

 

 

 

 

 

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 50 882 nikah qeydə alınıb.

Trend-in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 12 396 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər. Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5 398 cütlüyün nikahı 5 ilədək, 3 948-nin nikahı 9 ilədək, 5 168-nin nikahı 10 il və daha çox davam edib.