XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 12:08

“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirələr başa çatıb –(FOTO)

“Cəmiyyətin inkişafı üçün ümumbəşəri dəyərlərin təbliği” layihəsi çərçivəsində Mingəçevir, Qəbələ, Qazax, Qax rayonlarında  ictimai fəal qadınlar üçün “Ümumbəşəri dəyərlərin cəmiyyətin gender inkişafında rolu” mövzusunda ictimai müzakirələr keçirilib.

Strateq.az bildirir ki, ictimai dinləmələrdə milli və ümumumbəşəri dəyərlərin sintezi,   ümumbəşəri dəyərlərin inkişaf və tərəqqi proseslərində  rolu, cəmiyyətədə dəyərlərlə münasibət və mövcud  problemlər arasında birbaşa uyğunluq,  ümumbəşəri dəyərlər kontekstində erkən nikahlar, selektiv abortlar, gender bərabərliyi ilə əlaqədar problemlər müzakirə olunub.

İştirakçılara “Dəyərlər seçimi”,  həmçinin “Dəyələrin müqayisəsi”  mövzularında diskusiya aparılması təklif olunub.  Müzakirələr   əsasən  “Dəyərlərin müqayisəsi”  cədvəli  ətrafında  aparılıb.  Müzakirələrdə  məqsəd cəmiyyətdə hakim dəyərlərlə meydana çıxan problemlər arasında mümkün rabitəni, ,həmçinin gender bərabərliyi  aspektində tapmaq  olmuşdur.

İctimai müzakirələrdə ümumilikdə  100 nəfər iştirak edib.

Bu tədbilər Almaniyanın Federal Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən  “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi” proqramı çərçivəsində “Cəmiyyətin inkişafı üçün ümumi dəyərlərin təşviqi” layihəsi Almaniyadan “Qadın evi” təşkilatının yerli tərəfdaşı “Qadınlar Arasında Həmrəylik”  İB tərəfindən təşkil edilib.