XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 16:19

Azərbaycanda boşanmalar artıb, nikahlar azalıb –Statistika

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 69,645 min nəfər artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Noyabr ayının 1-nə respublika əhalisinin sayı 9 mln. 967,73 min nəfər təşkil edir.

Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 115 nəfərdir.

Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.

Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1005 min qadın düşür.

Yanvar-oktyabr aylarında ölkə üzrə 116,365 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Doğulan körpələrin 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 2,236 mini əkiz, 96-sı isə üçəm doğulanlardır.

Qeyd olunan dövrdə 48,186 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,9 təşkil edib.

10 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 50,822 min nikah (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 2,3% – İF) və 12,396 min boşanma halı qeydə alınıb (artım 1,7% – İF).

Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,826 min nəfər gələn və 1,36 min nəfər ölkədən gedən qeydə alınıb.