XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 17:22

Azərbaycandan Türkiyə ali məktəblərinə attestatla qəbul dayandırılır –Rəsmi sənəd

“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyənin YÖK (Yükseköğretim Kurumu) arasında  imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınmalıdır. YÖK-ün bir il gözlədikdən sonra universitetlərə bu məktubu və ya məlumatı göndərməsi olduqca gecikmiş bir qərardır”

Strateq.az bildirir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Global Kariyera İnstitunun direktoru Orxan Həsənoğlu deyib.

Onun sözlərinə görə, YÖK adlı qurum 8 avqust 2018-ci ildə Türkiyədə fəaliyyət göstərən universitetlərə rəsmi məktub ünvanlayıb: “Bu məktubun ünvanlanması, əslində, YÖK tərəfindən gecikdirildi. Çünki tapşırıq xarakterli məktubda da qeyd olunur ki, 31 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və YÖK arasında imzalananmış qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən universitetlərə qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınmalıdır. Bu rəsmi məktubda, həmçinin iki dəfə DİM-in nəticələrinə xüsusi diqqət yetirilib.

Türkiyə universitetlərinin böyük əksəriyyəti vəqf universitetləridir. Hər nə qədər onların özlərinə məxsus qəbul qaydaları olsa da, yekunda YÖK tərəfindən təsdiq olunmuş qaydaları əsas götürərək tələbə qəbulu hüququna malikdirlər. YÖK-ün bir il gözlədikdən sonra universitetlərə bu məktubu və ya məlumatı göndərməsi olduqca gecikmiş qərardır”.