XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 17:55

Azərbaycanlı alim Türkiyə universitetinin professoru adına layiq görülüb –FOTO

Azərbaycanlı alim Namiq Musalı Türkiyənin Kastamonu Universitetinin professoru elmi adına layiq görülüb.

Strateq.az-ın məlumatına görə, bu barədə onun dostu, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl məlumat verib.

“Əziz dostum, aspirant yoldaşım və dissertasiyamın müdafiəsi zamanı elmi opponentim olmuş Namiq Musalı Türkiyənin Kastamonu Universitetinin professoru elmi adına layiq görülüb. Bu münasibətlə 17 illik dostumu ürəkdən təbrik edir və sevincimi digər dostlarımla bölüşürəm.

Qeyd edim ki, Namiq Musalı ikimizin də elmi rəhbəri olmuş AMEA-nın müxbir üzvü, mərhum professor Oqtay Əfəndiyevin banisi olduğu Azərbaycan Səfəvişünaslıq məktəbinin ən layiqli davamçılarından biridir. Bir neçə monoqrafiyanın, yüzdən çox elmi məqalənin müəllifidir. Xanımı Vüsalə Musalı da Kastamonu Universitetində çalışır və ötən ilin dekabrında bu ali məktəbin professoru elmi adına layiq görülüb”, – C.İsmayıl “Facebook”da yazır.