XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2018 - 12:52

Sosioloqları heyrətə salan rekord nəticə –Rusların 70 faizi SSRİ-inin bərpa olunmasını istəyir (RƏQƏMLƏR)

Rusiyalıların 66 faizi SSRİ-nin dağılmasına təəssüflənir.

Strateq.az rosbalt.ru-ya istinadən bildirir ki, bu barədə “Levada-Sentr” Sorğu Mərkəzi açıqlama verib. Bu, son onillikdə maksimal göstəricidir.

Mərkəzin məlumatına görə, ötən il bu göstərici 58 faiz olub. Son 10 ildə isə bu rəqəm 61 faizi keçməyib. Rekord nəticə 2000-ci ildə əldə edilib. O zaman respondentlərin 75 faizi SSRİ-nin dağılmasından təəssüf hissi keçirdiklərini demişdilər.

Daha yüksək nəticə digər sualla bağlı olub: Rəyi soruşulanların 60 faizi hesab edir ki, SSRİ-nin dağılmasının qarşısını almaq olardı.

Sosioloqlar qeyd edir ki, ənənvi olaraq Sovet İttifaqının dağılmasından 55 yaşdan yuxarı nəsil təəssüflənir. Ancaq son iki ildə eyni əhval 18-34 yaşlı gənclər arasında da sürətlə artır.    “SSRİ nostaljisi”nin səbəbləri sırasında böyük dövlətə mənsubluğun itirlməsi, əhali arasında etimadsızlıq və daha çox ölkənin vahid iqtsadi sisteminin itirilməsini göstərirlər”.

Sosiolqolar qeyd edib ki, son pensiya islahatı SSRİ nostaljisini daha da gücləndirib. Ekspertlər isə bildirir ki, əhali sovet dövrünün rifah halını şişirdərkən defisit və kartoçka sistemini nədənsə unudurlar.

Strateq.az