XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 16:04

Nazir:"2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb"

2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb.

Trend-in məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, hesabat dövründə özünüməşğulluq proqramı 7737 nəfəri əhatə edib:

“Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, özünüməşğulluq proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

Nazir qeyd edib ki, proqram çərçivəsində 2018-ci il üzrə nəzərdə tutulmuş layihələrin reallaşdırılması nəticəsində Azərbaycanda 7 minə yaxın kiçik müəssisənin yaradılması gözlənilir və bu, ölkədə kiçik sahibkarlığın inkişafına böyük töhfədir:

“Bu proqramın əhatəsi daha da genişlənəcək və xüsusilə də kiçik ailə təsərrüfatlarının yaradılması sahəsində əhalinin daha həssas təbəqəsinə dəstək göstəriləcək”.