XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2018 - 18:13

Tovuzun 5 kəndinə içməli su xətti çəkildi –Deputat Qənirə Paşayeva dəstəyə görə prezidentə təşəkkür edib

“Sabah Tovuzun 5 kəndinə çəkilmiş yeni içməli su xəttinin açılışı olacaq. Bu gözəl hadisə münasibətilə seçicilərimi təbrik, cənab prezidentə isə təşəkkür edirəm”.

Strateq.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva bildirib. Tədbirə qatıla bilməyəcəyini deyən millət vəkili, media vasitəsi ilə seçicilərinə, su xətti çəkilən Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli və Çilodvarlı kənd sakinlərinə təbriklərini ünvanlayıb

“Kəndlərimizi ziyarət zamanı sakinlərinin içməli su ilə bağlı yaşadıqları böyük problemləri yerində görüb narahat olurduq və onların müraciətlərini bir neçə dəfə Milli Məclisdə qaldıraraq, “Azərsu” ASC-nin rəhbərliyinə müraciətlər edərək problemin həllinə yardımçı olmağa çağırıb, xahiş və təkliflərlə çıxış etmişdim. Cənab Prezidentimizə xüsusi təşəkkürlərimi bildirirəm ki, onun imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq bu 5 kəndimizin də içməli su ilə bağlı yaşadıqları problemin həlli üçün vəsait ayrılması nəzərdə tutulmuşdu və qısa zamanda işlər başa çatdı”.

Q.Paşayeva prezident İlham Əliyevə  kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılmasına göstərdiyi dəstəyə görə öz adından və seçiciləri adından, bütün Tovuz ictimaiyyəti adından təşəkkür edib:

“Eyni zamanda işləri həyata keçirən “Azərsu” ASC-nin rəhbərliyinə, əməyi keçən hər kəsə, rayon icra hakimiyyətinə də təşəkkür edirik. Sabah açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin iclası və vacib müzakirələr səbəbi ilə iştirak edə bilməsəm də, bütün sakinlərimizi bir daha təbrik edirəm. İnşallah yaxın günlərdə bu kəndlərimizi ziyarət edəcəm və onlarla görüşəcəyik”.

Strateq.az