XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 10:52

Nazirlik niyə kiçik metal sexlərini hədəfə alıb? –Daha bir iş adamı cərimələndi, ASC-dən icarə müqaviləsinə son vermək tələb olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən Bakı Elektriktökmə ASC-nin nəzdində fəaliyyət göstərən sexdən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.

Strateq.az nazirliyə istinadən bildirir ki, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: “Faktla bağlı “Bakı Elektriktökmə” ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

“Bakı Elektriktökmə” ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”. 

Xatırladaq ki, nazirlik bundan əvvəl də bir neçə metaləritmə və qəbulu sexinin sahibini cərimə edib. Çox maraqlıdır ki, bu sahədə olan böyük müəssisələrin atmosferə  zərər vurmaları haqda indiyədək bir dəfə də olsun reyd keçirilməyib.