XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 08:59

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb –520 ev tamamilə dağılıb

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro bildirib.

S.Nuqhoro deyib: “Sumatra və Yava adalarında yerləşən rayonlardan alınan son məlumatlara əsasən, 281 nəfər həlak olub, təxminən mindən artıq insan xəsarət alıb, 57 isə itkin düşüb”.

Bundan əlavə, 4,4 mindən artıq yerli sakin öz evini tərk etmək məvburiyyətində qalıb.

Rəsmi nümayəndə əlavə edib ki, sunami nəticəsində həmçinin 520-dən artıq ev tamamilə dağılıb.