XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 17:58

Bu il qrip əleyhinə antibiotiklər19 nəfəri zəhərləyib

derman-1

“2016-cı ilin yanvar və fevral aylarında ümumilikdə 58 nəfər dəm qazından zəhərlənib”.

Strateq.az lent.az-ın Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

A.Maqsudovun dediyinə görə, yanvar ayı ərzində dəm qazı ilə bağlı 31 nəfər müraciət edib, onlardan 23-ü  xəstəxanaya yerləşdirilib:

“Fevral ayı ərzində müraciət edən 27 nəfərdən 20-si xəstəxanaya qəbul edilib, onların arasında 2 nəfər ağır vəziyyətdə olub”.

Dəm qazı zəhərlənmələrindən ölüm halı olmadığını bildirən A. Maqsudov deyib ki, zəhərlənmə halları daha çox hamam otağında baş verib. Şöbə müdirinin sözlərinə görə, yanvarda 11, fevralda isə 8 nəfər dərmanın allergik reaksiyası ilə əlaqədar şöbəyə müraciət edib. Zəhərlənməyə əsas səbəb qrip əleyhinə istifadə edilən antibiotiklər olub.

A.Maqsudov əlavə edib ki, yanvar ayı ərzində 13, fevralda 9 nəfər alkollu içkilərin qəbulu zamanı zəhərləndiyinə görə şöbəyə müraciət edib.