XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 12:32

Bakı –Astara magistral yolu  İran Astarasına qədər çəkiləcək –Tehranlı nazir açıqladı  

“Bakının magistral yolunun İran Astarasına birləşdirilməsinə dair İran və Azərbaycan arasında razılıq əldə olunub”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Məhəmməd İslami Rəşt şəhərində keçirilən İran – Azərbaycan yol və nəqliyyat əməkdaşlıqları iclasında deyib. Nazir  Astara – Astara dəmir yolu üçün köməkçi magistral yolunun çəkilməsinə dair Tehran və Bakı arasında razılığın əldə olunduğunu bildirib. Məhəmməd İslami son bir ildə İran və Azərbaycan arasında ticarət əlaqələrinin 10 dəfə artdığını deyərək, əlavə edib: “Astara – Astara beynəlxalq dəmir yolu marşrutunun təkmilləşdirilməsi ilə Şimal-Cənub nəqliyyat marşrutu ilə yüklərin daşınması imkanı daha da artmış olacaq”.

İranın yol və şəhərsalma naziri həmçinin, İran və Azərbaycan arasında birgə əməkdaşlıq komissiyasının gələn ilin martında iclas təşkil edəcəyini açıqlayıb: “İki ölkənin siyasi əlaqələri çox yaxşı səviyyədədir və ötən beş ildə İran və Azərbaycan prezidentləri 12 dəfə görüşüblər”.