XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 10:08

Özbəkistanlı sürücülər 400 avtomobil ilə fləşmob-yolka düzəldiblər –FOTO

Özbəkistanin Namanqan şəhərinin sürücüləri Yeni İl bayramı münasibətilə 400 avtomobildən ibarət fləşmob-yolka düzəldiblər.

Strateq.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Asiyada ilk dəfə fləşmob-yolkanı düzəltmək üçün Namanqanın cıdır meydanı seçilib və buna beş saat vaxt sərf olunub. Aksiyanın keçirilməsinə Namanqan vilayət hakimiyyəti dəstək verib. Yolkanın başındakı ulduz isə vilayətin Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsinin avtomobillərindən hazırlanıb.

Hər gün yolkanın ortasındakı meydanda Yeni il şənlikləri keçiriləcək, Şaxta baba və Qar qız uşaqları şənləndirəcək, onlara hədiyyələr verəcək. Şənliklər yanvarın 10-dək davam edəcək. Namanqan şəhəri eyni adlı vilayətin mərkəzidir və Daşkənddən sonra Özbəkistanın ən böyük ikinci şəhəridir.