XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 13:37

MDB Statistika Komitəsi:"Azərbaycanda əngəlli uşaqların sayı Ermənistanla müqayisədə 2.33 dəfə çoxdur"

“MDB Statistika Komitəsinin açıqladığı məlumata görə, 2017-ci ildə əhalinin hər 10 min nəfərinə düşən 0-17 yaşlı əngəlli uşaqların sayı Azərbaycanda 275, Rusiyada 220, Ukraynada 209, Moldovada 182, Belarusda 166, Qırğızıstanda 152, Qazaxıstanda 141, Ermənistanda 118, Özbəkistanda 94, Tacikistanda isə 72 olub. Türkmənistanla bağlı məlumat verilməyib”.

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib.

Ekspert sual edir:
“Nədən, bizim gələcəyimiz olan 0-17 yaşlı uşaqlar arasında əngəllilərin sayı Ermənistanla müqayisədə 2,33 dəfə çoxdur. Buna səbəb nədir: kasıb qidalanma, pis ekoloji şərait, keyfiyyətsiz içməli su, irsi problemlər, qohum evlilikləri, yoxsa saxta statistika?” 
Q.İbadoğlu daha sonra əlavə edir ki, bu dəhşətli statistikanın dinamikası sadalananlar arasından irsi problemləri istisna edir:

“Çünki elə həmin mənbədə göstərilir ki, 2000-ci ildə hər 10000 nəfərə düşən əngəlli uşaqların sayı 89 olub, 2017-ci ildə isə ondan 3 dəfə yüksək göstərici qeydə alınıb. Bu sahədə sürətli artım 2010-cu ildən başlayıb. Hesab edirəm ki, bu fakt ciddi araşdırılmaldıır. Biz nədən sağlam uşaq böyüdə bilməməyimiz barədə əlaqədar orqanlar açıqlama verməlidirlər”.

Ekspert MDB Statistika Komitəsinin açıqladığı başqa bir məlumatı da paylaşıb:

“2017-ci ildə ÜDM-də sosial təminat xərclərinin payına görə, Azərbaycan MDB dövləri arasında Belarus və Özbəkistanla bərabər sonuncu yerləri bölüşdürür, deməli bu göstərici üzrə digər MDB ölkələrindən geri qalır”.