XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2018 - 12:11

Lukaşenkodan Putinə Yeni il hədiyyəsi – 4 KİSƏ KARTOF

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya səfərlərinin birində rusiyalı həmkarı Vladimir Putinə Yeni il tətilində yemək üçün 4 kisə kartof və donuz piyi –sala hədiyyə edib.

FED.az xəbər verir ki, bunu Lukaşenkonun mətbuat katibi Natalya Eysmont “Belarus-1” telekanalının efirində deyib: “Deyə bilərəm ki, Aleksandr Qriqoryeviç Vladimir Vladimiroviçə təkcə kartof hədiyyə etməyib…Əslində, bildiyim qədər, Rusiya prezidenti yaxşı salanı çox sevir. Və Aleksandr Qriqoryeviç də bundan xəbər tutaraq… növbəti səfərində özü ilə sala da gətirib… əlbəttə, ən dadlı Belarus salaını. Ardınca kartof apardı”, — deyə RİA “Novosti” Eysmontun sözlərini sitat gətirib.

O qeyd edib ki, söhbət prezident bağında becərilən kartofdan gedir.

Eysmontun sözlərinə görə, haçansa Lukaşenko yarızarafat Putindən soruşub ki, “Belarusdan nə gətirsin?“.

“Və cavab məhz belə olub: “Belarusdan başqa nə xahiş etmək olar? Kartof və sala“. Cavabımız özünü çox gözlətmədi. Biz bu kartofdan dörd kisə gətirdik”, — deyə mətbuat katibi əlavə edib.

O qeyd edib ki, kartoflar fərqli yeməklərin hazırlanması üçün müxtəlif növlərdən olub.