XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2018 - 12:32

Yevlaxda sərnişin qatarı nəqliyyat vasitəsi ilə toqquşdu –QSC açıqlama yaydı

“30.12.2018-ci il tarixində saat 03.15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb və həmin keçiddə qalıb. Nəticədə  toqquşma hadisəsi baş vermişdir. Hadisə nəticəsində heç bir xəsarət alan olmayib”.

Strateq.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sevinc Qədirova Yevlaxda sərnişin qatarının qəzaya uğraması haqda danışarkən deyib.

Qədirovanın sözlərinə görə, hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldırılıb və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan olan maksimal sürətlə fəaliyyətini tam bərpa edib: “Bu səbəbdən, həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib. Bir daha qeyd edim ki, həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir məhdudiyyət tətbiq olunmur. Hal – hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər”.