XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 13:45

Xalq artisti rəhbəri olduğu məşhur klinikanı satdı –SƏBƏB

Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Strateq.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq klinikaya yeni direktor da təyin edilib. Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq  edib.

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L.Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L.Şıxlinskaya isə bu məbləğlə razılaşmayıb.

Bundan əlavə, klinika son illərdə medianın gündəminə müxtəlif qalmaqallarla, o cümlədən vergidən yayınma halları ilə gəlib. Görünür, belə şəraitdə xanım Şıxlinskaya vəziyyətdən çıxış yolu kimi klinikanı satıb.