XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 16:17

Xətaidə məcburi köçkünlərin məskunlaşdığı yataqxana yandı –18 ailə müvəqqəti mənzillərə köçürüldü + FOTO

Yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Strateq.az-a verilən məlumata görə, Baş nazirin müavini Əli Əhmədov, Komitə sədri Rövşən Rzayev, Xətai rayon icra hakiminin vəzifələrini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər: “Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq”.