XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 11:02

“Yalnızlıq Nazirliyi yaradılsın!” –Rektordan təklif

Səhər gözünüzü açar-açmaz ilk olaraq mobil telefonunuzu əlinizə alırsınız. Gün ərzində xanımınız və övladınızla vaxt keçirmək yerinə, sosial mediada vaxt öldürürsünüz. Bu cür virtual asılılıq isə sonda sizi yalnızlaşdırır.

Strateq.az-ın Milliyet-ə istinadən xəbərinə görə, Mançester Universitetinin 55 min nəfər üzərində apardığı araşdırmaya görə, 16-24 yaşlı gənclər arasında virtual asılılıqdan yaranan yalnızlıq müşahidə olunur. Üsküdar Universitetinin rektoru, professor Nevzat Tarhan hesab edir ki, Türkiyədə də durum Avropadakından fərqli deyil. Onun sözlərinə görə, virtual asılılıq gənclərdə sosial-psixoloji özünütəcridə və bəzən də boşanmalara gətirib çıxarır.

“Virtual asılılıq çağdaş dövrümüzün vəba xəstəliyidir” deyən professor qeyd edir ki, bu cür gənclərdə ortaq cəhət isti yemək yeməmələri və dişlərinin çürük olmasıdır: “Onların akademik uğurları olmur, internetə daha yaxın olmaq üçün kafelərdə işləməyi üstün tutarlar, həyatlarını və zamanalrını internetə görə planlaşdırarlar”.

Artıq İngiltərədə Yalnızlıq Nazirliyinin yaradıldığını deyən rektor on il sonra Türkiyədə də bu cür nazirliyə ehtiyac olacağını vurğulayıb: “Bu, adi yalnızlıq deyil, qələbəlik içində yalnızlıqdır. Dövlət bu xəstəliyi müalicə etməkdənsə, qarşısını almağa və gəncləri ondan qorumağa çalışmalıdır. Yalnız yaşayan, uşaqlıq travması olan və müvəffəqiyyət qazana bilməyən cocuqlar risk qruplarıdır. İnternetə olan maraq və ehtiyacı azaltmaq lazımdır”.