XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 16:12

YUNESKO-nun “Türkiyədən Bioetika haqqında izahat” elektron bülleteninin ilk sayı yayımlanıb –Azərbaycanlı alimin məqaləsi verilib  

YUNESKO Beynəlxalq Bioetika Şəbəkəsinin Türkiyə Bölməsi və Hacettepe Universiteti Bioetika Təhsil Araşdırma və Tətbiq Mərkəzinin birgə yayımladığı YUNESKO-nun “Türkiyədən Bioetika haqqında izahat” elektron bülleteninin ilk sayı 2018-ci ilin dekabrında yayımlanıb.

Strateq.az bildirir ki, ildə iki dəfə yayınlanması planlaşdırılan elmi-publisistik bülletenin ilk buraxılışında hazırda Mərkəzdə fəaliyyət göstərən, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Bioetika” və “Cinayət hüququ” ixtisasları üzrə doktorantı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sevda Aydın Kərimovanın da “Is capital punishment a deterrent to a crime?” (Ölüm cəzası cinayətdən çəkindirirmi?) adlı məqaləsi yer alıb.

CWUR Dünya Universitetlər Reytinqində 2018-2019-cu akademik ili üçün Türkiyənin ən yaxşı universiteti seçilən Hacettepe Universiteti nəzdində yaradılmış Türkiyənin ilk Bioetika Mərkəzi olan bu qurum multidisiplinar yanaşma ilə bioetika sahəsində təhsil, araşdırma və məsləhətçilik fəaliyyətlərini həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirir.

Bioetika nədir?

Günümüzdə biotexnoloji və biotibb sahələrindəki irəliləmələr və bu sahədəki yüksək texnologiyaların inkişafı ilə səhiyyə sistemində  böyük nailiyyətlər əldə edilir. Digər tərəfdən bu texnologiyaların istifadəsi ilə insanın ətraf mühit və digər canlı növlərlə olan münasibətləri baxımından sosial, hüquqi, mədəni və etik ölçülərdə problemlər ortaya çıxır və ya gələcəkdə çıxacağı ehtimal olunur. Bioetika bu sahədəki müzakirələrin aparıldığı və həlli yönündə təkliflər irəli sürülən elm sahəsi olmaqla hüquq, tibb, fəlsəfə, ilahiyyat, biologiya, genetika kimi çox çeşidli elm sahələri ilə kəsişən bir nöqtədə yer alır.

UNESCO-nun Bioetika kafedralarının olduğu bir çox ölkələrdə olduğu kimi belə elektron bülletenin Azərbaycanda da yaradılması ölkəmizdə də bioetikanın inkişafına kömək edəcək.

Link:

http://www.deontoloji.hacettepe.edu.tr/unescobiyoetik/pdf/newsletter/newsletter,e_bulten_19december2018,vol1,issue1.pdf