XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 09:06

MDB-də yalnız Tacikistandan irəlidəyik –Azərbaycanda gözlənilən pensiya müddəti cəmi 7,5 ildir (Cədvəl)

“Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır. Bu göstərici Azərbaycanda 7,5 ildir, MDB məkanında yalnız Tacikistan bizdən geri qalır, Belarus isə 14 illə irəlidə gedir. Gözlənilən pensiya ödənişi müddəti: İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir”.

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu bildirib. Ekspert vurğulayıb ki, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişib:

“Bu göstərici kişilər arasında 38,27, qadınlar arasında 22,11 faizdir. Müvafiq göstərici kənddə 27,41, şəhərdə 33,47 faizdir.  Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-si təqaüd almadan dünyasını dəyişəcək”.
Daha ətrafli məlumat üçün şərh bölməsində cədvələ baxın: