Sumqayıtda “Dejurnu” adı ilə tanınan istiqamətindən gələn, 20-ci və 21-ci məhəlləni birləşdirən yolda çökmə olub.
Oxu.az-ın xəbərinə görə, yolda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti dayandırılıb. Xatırladaq ki, daha əvvəl də həmin ərazidə asfalt örtüyü çökmüşdü. Bildirilir ki, yolun çökməsinə səbəb kanalizasiya borularında yaranan problem olub.