XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 19:15

Azərbaycan Dövlət Tarix Arxivinin direktoru vəfat etdi –42 yaşında

Azərbaycan Dövlət Tarix Arxivinin direktoru Anar Məmmədov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Vüqar Tapdıqlı sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, A. Məmmədov 42 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, dünəndən Azərbaycanda bir neçə tanınmış ictimai xadim və yüksək vəzifəli məmur vəfat edib. Belə ki, “Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov, Cəbrayıl Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev, Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə dünyasını dəyişib.