XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 16:38

İctimai Şuranın üzvləri ali məktəbdə imtahanların gedişini izləyib –Lənkəranda

Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən İctimai şuranın üzvləri  ali məktəbin hər iki tədris korpusuna baş çəkərək 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini canlı izləyiblər.

Bu barədə Strateq.az-a LDU-dan məlumat verilib. Şura üzvlərinə  imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb,  mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb,  Operativ Qərargahın işi barədə  ətraflı məlumat verilib.

İmtahanların gedişi və universitetlə əyani tanışlıqdan sonra İctima şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildiriblər,   prosesi əyani izləmək üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.

Qeyd edək ki, İctimai şuranın üzvlərinə  imtahanların gedişini sessiya boyunca izləmək imkanı yaradılacaq.