XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 13:14

Tanınmış jurnalist İdrak Abbasovun atası vəfat edib

Tanınmış azərbaycanlı jurnalist İdrak Abbasovun atası Telman Abbasov vəfat edib.

Strateq.az bildirir ki, bununla bağlı İdrak Abbasov Facebook hesabında yazıb. O bildirib: “Elə indi Facebook-dan xəbər aldım ki, atam Telman kişi bu gecə gözlərini əbədi yumub. Cəmi 65 il yaşadı atam! Əzabla, əziyyətlə və namusu ilə bizi böyütdü! Amma son günlərində yanında ola bilmədim! Arzumuzla getdi atam! Son nəfəsini də ailə şəkilimizi sinəsiə qoyaraq verib!”.

İdrak Abbasov bie neçə ildir ki, Norveçdə yaşayır və fəaliyyət göstərir.

Mərhum Telman Abbasov bu gün doğulduğu Lerik rayonunun Sori kəndində dəfn edilib. Bakıda, Sulutəpə qəsəbəsində yerləşən mərasim evində yas mərasimi veriləcək.

Allah rəhmət eləsin!