XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 10:30

Səhiyyə Nazirliyindən özünü yandıran şəxslə bağlı açıqlama:"Vəziyyəti ağırdır"

Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır.

Strateq.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, özünü yandıran 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən T.İslamovun tənəffüs yolları yanıb: “Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır”.

Qeyd edək ki, T.İslamov Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.