XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 12:22

Türk Standartları İnstitutu:“Bakı Ali Neft Məktəbi ISO standartlarına tam cavab verir”

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçirib.

Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olub. Bir neçə gün davam edən qiymətləndirmə zamanı nümayəndələr Ali Neft Məktəbinin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyyətini təhlil ediblər.

BANM-dən Strateq.az-a  bildirilib ki, qiymətləndirmənin yekununda Ali Neft Məktəbinin malik olduğu ISO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiqlənib və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyə olunub.

Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 “Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” standartlarına sahib və onları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.