XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 14:12

“Bütün bunlar bir dəfə baş verib” –İnsanlarda yaranan bu hal nə ilə izah olunur?

Bəzən adama elə gəlir ki, həyatda üzləşdiyin hadisələri əvvəllər nə vaxtsa yaşamısan. Həmin halla qarşılaşanlar bunu fövgəl bir hiss kimi qəbul etsələr də, əslində bu hal tibbə məlumdur və elmi dildə beynin bu cür reaksiyasına dejavu deyilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Dejavu” sözünün mənası daha əvvəl görülmüş deməkdir. İnsanın bir hadisəni daha əvvəllər yaşaması və ya ilk dəfə gedilən bir yerdə nə vaxtsa olduğu təsəvvürünü yaradan psixoloji haldır. Dünyada insanların 70 faizindən çoxu dejavu ilə üzləşdiklərini bildirirlər. Ona daha çox 15-25 yaş arası dövrdə təsadüf edilir və ruh halı dəyişən insanlarda daha çox rast gəlinir.

Dejavunün hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin onun tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozğunluğunun əlamətləridir”.

Psixoloqun dediyinə görə, əgər uşaqlar tez-tez eyni halla qarşılaşdıqlarını bildirirlərsə, valideyn laqeyd qalmamalı və mütəxəssisə müraciət edilməlidir. Aparılan araşdırmalar göstərir ki, dejavuyə səbəb olan əsas amil beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətidir. O, daha sonra deyib:

Dejavu hissində əsas rolu hipokampusdakı neyronlar oynayır və onlar oxşar vəziyyətlər yarandıqda dərhal ən xırda fərqləri belə tanıya bilir. Məhz beynin həmin hissəsinin fəaliyyəti sayəsində insan hansı hisslərinsə tamamilə yeni olduğunu müəyyənləşdirə bilir. Hipokampus insanın təcrübəsini indiki və keçmiş zamana ayırır. Lakin keçmiş və indiki üst-üstə düşdükdə hipokampus donur. Bunun nəticəsində də insanda qəribə xatirələr yaranır”.