Yanvarın 14-15-də Abşeron rayonunun Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Goradil bağlarının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, fasilə Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisindəki 110/35/6 kilovoltluq 136 saylı yarımstansiyaya gələn 110 kilovoltluq elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.