XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 14:46

Nazirliyin 700-ə yaxın əməkdaşı cəzalandırılıb –4 yoxlama nəticəsi isə prokurorluğa göndərilib

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. 

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmçinin nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

İl ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib/Report.