XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 11:24

Azərbaycan əhalinin ən pis qidalandığı ölkələr sırasındadır –Hər 100 min nəfərdən 319-u bu səbəbdən ölür

Fridrix Şiller adına Yen Universitetinin alimləri pis qidalanma səbəbilə yüksək ölüm göstəriciləri olan ölkələrin siyahsını tərtib edib. Keçmiş SSRİ ölkələri bu siyahida ilk onluqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə keçirilmiş sorğuda Avropa regionu üzrə 51 ölkənin 1990-cı ildən 2016-cı ilədək olan məlumatları təhlil olunub.

Siyahıda ilk yerdə Özbəkistandır, burada pis qidanlanma səbəbilə hər 100 min nəfərə 394 ölüm hadisəsi düşür. Ölkədə hər il 65 min insan ürək-damar və qeyri-sağlam qidalanma nəticəsində xəstəliklər səbəbilə ölür.

Qeyri-sağlam qidalanma səbəbilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.

  • Özbəkistan – hər 100 minə 394 ölüm halı
  • Türkmənistan – 376
  • Qırğızıstan – 350
  • Ukrayna – 349
  • Moldova – 328
  • Azərbaycan – 319
  • Belarus – 313
  • Tacikistan – 310
  • Qazaxıstan – 306
  • Rusiya – 291

Alimlər bu ölkələrin sakinlərinin qidada yüksək miqdarda duz istifadə etməsi və tərəvəz, qoz-fındıq və tam buğdalı taxılın az istifadə etməsi səbəbindən xəstəliklərə məruz qaldığını iddia edirlər.

Qərbi Avropa ölkələrində vəziyyət Asiya və Şərqi Avropa ölkələrində olduğundan daha yaxşıdır. Almaniya bu bölgədə 2016-cı ildə 100 mindən çox insanın pis qida rasionu səbəbilə öldüyü yeganə ölkədir. Alimlərin verdiyi nəticələrə görə, İspaniya, İsrail və Fransa sakinləri ən sağlam qidalananlardır. Bu ölkələrdə qeyri-sağlam qidalanma səbəbilə hər 100 mindən 43-46 nəfər ölüb.

Alimlərin sözlərinə görə, balanslaşdırılmış pəhrizlə hər beşinci erkən ölüm halının qarşısını almaq olar. Onların məlumatına görə, 2016 – cı ilə regionda 2 milyondan çox insan yüksək miqdarda duzun olması və tərəvəzlərin kifayət qədər istifadə edilməməsi səbəbilə ölüb.

(Amerikanın səsi)