XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 15:33

“Əsa” teatrı haqqında sənədli film çəkilib- İntertnetdə də izləmək mümkündür

Azərbaycanda fiziki məhdudiyyətli insanların çıxış etdiyi yeganə inklüziv teatr olan “Əsa” teatrı haqqında sənədli film çəkilib.

 Strateq.az-ın xəbərinə görə, filmin ilk nümayişi ilə hələ ötən il “CinemaPlus” Kinoteatrlar Şəbəkəsi “AzerNewMedia”-nın dəstəyi ilə keçirilsə də, geniş tamaşaçı kütləsinə təqdim edilməmişdi.

Ötən il keçirilən “Qızıl Pəri”, Kino və Televiziya üzrə Milli Peşə Mükafatı “Ən yaxşı sənədli film” nominasiyasında beş nominantdan biri olan “Döngə”ni artıq intertnet vasitəsilə izləmək mümkündür.

Qeyd edək ki, filmin əsas süjet xətti fiziki məhdudiyyətli aktyorların öz həyat hekayələrini danışması üzərində qurulub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Yusif Şəfiyev, prodüseri Tamerlan Hüseynovdur.