XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 17:45

Trampın sabiq köməkçisi kitab yazdı:“Prezident yaxın köməkçilərini “zəhərli ilan” adlandırırdı”

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Kliff Sims çap etdirdiyi “Zəhərli ilanlar komandası”  adlı kitabında hökümətdə işlədiyi vaxtlarını qələmə alıb.

Strateq.az bildirir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb. Sims kitabda Ağ Evin sabiq aparat rəhbəri Con Kelli ilə olan söhbətini açıqlayıb. Kelli ona deyibmiş ki, onun gördüyü iş həyatında gördüyü ən pis işdir. Kelli etiraf edib ki, ABŞ hökumətindəki vəzifəsinə nifrət edir.

Sims həmçinin kitabda yazır ki, Tramp daima öz ən yaxın köməkçilərinə belə şübhə ilə yanaşır.  Prezident mühafizəçisi Keyt Şillerin dəstəyi ilə özünün Amerika hökumətindəki düşmənlərinin siyahısını da tərtib edib. Tramp siyahıda olanları “ilan” adlandırırmış.  Prezident bir neçə dəfə deyibmiş: “Biz bütün ilanlardan, hətta ən dibə çəkilmişlərdən də yaxa qurtarmağa hazırlaşırıq”.