XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2019 - 15:03

Uşaq zorakılığı ilə bağlı qaynar xəttə 3581 müraciət daxil olub- Ötən il

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib.

Trend-in məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak edib.

ÜST ötən ildə 2-17 yaş arası bir milyarda yaxın uşağın fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qaldığını bildirir. Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir.

Azərbaycan Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə, 2018-ci il ərzində quruma uşaq zorakılığı ilə bağlı 3581 müraciət daxil olub.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrasını təsdiqləyib. Gündəliyin hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.