XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 17:24

Deputat Ağacan Abıyev:"Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”

Milli Məclisin deputatı Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib.

Parlamentin Elm və təhsil komitəsinin iclasında A.Abıyev deyib ki, bu sözü tələffüz etmək çətindir: “Bu sözü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm.

Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər?

Bu, xaosdur, “şum”dur… Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.

Report