XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 17:37

“Bakının Baş Planının əsas cizgiləri bu ilin sonuna qədər hazır olacaq” –Tender keçiriləcək

“Bakının Baş Planı ilə bağlı neçə ildir ki, təhlil aparırdıq. Ötən il Planın hazırlanması üzrə I mərhələni başa çatdırdıq”. 

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

“Hazırda Baş Planın hazırlanması üzrə II mərhələdəyik. Bununla bağlı ötən il dekabrın 14-də beynəlxalq tender elan etmişik. 10-dan artıq təşkilat tenderdə iştirak etmək üçün sənədlərini verib. Fevralın sonunda tender başa çatacaq. Qalib təşkilat seçildikdən sonra Baş Planın əsas cizgiləri üzərində iş başa çatdırılacaq. Planımızda var ki, bu ilin sonuna əsas cizgilər hazır olsun”, – deyə o qeyd edib.

Bundan başqa, D.Dövlətxanovun sözlərinə görə, Komitə Bakının inkişafını özündə ehtiva edilən konsepsiya da hazırlayıb/Report.