XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 11:30

Ramiz Həsənoğluna AZTV-də yüksək vəzifə verildi – Direktor təyin olundu      

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

Strateq.az azvision.az-a istinadən verdiyi məlumata görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə Xalq artisti Ramiz Həsənoğlu təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.