XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 15:49

9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb –Ədliyyə nazirinin müavini açıqladı

Təklifləri icra etmədiyi üçün 9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır.

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. Nazir müavini qeyd edib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb: “Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər”.

V.Zahirov bildirib ki, qanunvericiliyə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi ilə üçün müəyyən dəyişiklik olunub.