XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

27 Yanvar 2019 - 10:52

Fazil Talıbov:"O, nazir müavininin qohumu deyil"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qurumda aparılan son təyinatlarla bağlı açıqlama yayıb.

Strateq.az-ın xəbərinə görə, nazirliyin mətbuat katibi Fazil Talıbov özünün “Facebook” səhifəsində bəzi xəbərlərə aydınlıq gətirib.

“Unikal.org saytının jurnalisti sorğu ilə müraciət edərək, Məmmədəliyev Mahmud Məmməd oğlunun nazirliyin Təminat şöbəsinin müdiri təyin edilməsinin doğru olub-olmadığını soruşdu. Təyinat xəbərini təsdiqlədim. Digər bir sualla M.Məmmədəliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirlinin qaynı olub-olmadığını soruşan jurnalist dostumuza bunun səhv məlumat olduğunu bildirdim. Bununla belə, Unikal.org yenə də yaydığı məlumatda qeyd olunan şəxslər arasında guya qohumluq münasibətlərinin olduğunu bildirib. Jurnalist həmkarıma hörmətimi ifadə edərək, eyni zamanda bilərəkdən belə yalan məlumatı yaymasını qeyri-peşəkar və ucuz sensasiya axtarışı hesab edirəm” – deyə F.Talıbov qeyd edib.