XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 12:55

Kəmaləddin Heydərovdan yeni xəbər var

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 29-da Daşkəsən şəhərində Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

APA-nın qərb bürosunun məlumatına görə, nazir tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 193, digər məsələlərlə bağlı müraciət etmiş 98 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.