2015-ci il mayın 5-də saat 10.00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialına daxil olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək.
Strateq.az xəbər verir ki, sınaq imtahanları aşağıdakı ixtisaslar üzrə aparılacaq:
1. Rus filologiyası (rus dili və ədəbiyyatı)
2. Roman-german filologiyası (italyan dili və ədəbiyyatı; ingilis dili və ədəbiyyatı)
3. Riyaziyyat və kompyuter elmləri
4. Kimya
5. Psixologiya
2015-ci il mayın 4-də saat 14:00-da filialın magistraturasına daxil olmaq istəyənlər üçün məsləhətləşmələr keçiriləcək.
Məsləhətləşmələr bu ünvanda aparılacaq:
H.Cavid prospekti, 133 (Metronun “Elmlər Akademiyası” stansiyası)
İmtahanlara hazırlıq proqramları M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialınınwww.msu.az saytında yerləşdirilib.
Sınaq imtahanlarında iştirak etmək istəyənlər [email protected] elektron ünvanına aşağıdakı strukturlu məktub göndərməlidirlər:
1) Adı, soyadı, atasının adı;
2) İmtahan veriləcək ixtisası göstərmək;
3) Məktuba pdf və ya jpeg formatında belə bir fayl qoşmaq:
– Ali təhsil məktəbini bitirmək haqqında diplomun elektron surəti (əvvəlki illərin məzunları üçün)
– Bakalavrlığın sonuncu kursunda təhsil almaq barədə ali təhsil məktəbinin verdiyi arayışın elektron surəti (cari tədris ilinin məzunları üçün).
İmtahana şəxsiyyət vəsiqəsi ilə gəlmək lazımdır.
Əlaqə telefonu: 0125989319.
İmtahanlar filialın Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında yerləşən kampusunda keçiriləcək.
Strateq.az