XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 13:44

Komitə 5 rayon mərkəzi ilə bağlı qərar verdi – Təsdiq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış növbəti beş şəhərin baş planı təsdiq olunub.

Komitənin rəsmi saytında verilən məlumata görə, 2011-2012-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müvafiq layihə təşkilatları arasında bağlanmış müqavilələr əsasında işlənilməsinə başlanımış Balakən, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərinin baş planları tamamlanaraq aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra yerli icra hakimiyyətləri tərəfindən təsdiq olunub.

Təsdiq olunmuş baş planlar, o cümlədən digər şəhərlərin mövcud və işlənməkdə olan baş planları barədə məlumatlar Komitənin rəsmi arxkom.gov.az saytında yerləşdirilib.

Eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Ağcəbədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin baş plan layihələrinin işlənməsinə başlanıb.

Strateq.az