XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 13:32

ETSN niyə iri müəssisələri deyil, kiçik sexləri hədəfə alıb? –Daha bir kiçik sahibkar cərimləndi

Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti araşdırma və monitorinq keçirib.

Strateq.az ETSN-ə istinadən xəbər verir ki, monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin noyabr ayında sex barəsində akt, protokol tərtib olunmuş və müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı sexə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün sexə cavabdeh şəxs A.Aslanov barəsində yenidən protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, nazirlik dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodunda da monitorinq keçirib. Və qeyd edilən zavodun sahibinin cərimə olunması üçün  Suraxanı rayon məhkəməsinə müraciət edilib.

Diqqətçəkən məqam budur ki, ETSN-nin belə sərt addımların daha iri müəssisələrə qarşı həyata keçirməsi haqda xəbərə rast gəlinmir.