XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 13:56

MİDA mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb- Rəqəmlər

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarındakı 128 mənzilin, ümumilikdə isə 174 mənzilin satışı prosesinə və mənzillərin seçimi qısa müddətdə yanvarın 25-də uğurla başa çatdırılıb.

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatlara görə, mənzil əldə etmiş vətəndaşların 41 faizini yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası, 59 faiz isə yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər təşkil edib. Ümumilikdə 174 mənzilin 16-sı öz vəsaiti hesabına, 158-i isə ipoteka krediti ilə əldə edilib.

“Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək elektron kabinetə sahib olan vətəndaşların sayı 10 min 242 nəfər təşkil edib. Satış zamanı mənzil seçimində iştirak edənlərin istifadəçilərin sayı isə 5 min 909 nəfər olub.

Seçilmiş mənzillərə dair daha ətraflı statistik məlumatları bu linklər vasitəsilə əldə etmək mümkündür:

https://mida.gov.az/az/statistics/statistics_3/

https://mida.gov.az/az/statistics/statistics_4/