XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 10:49

Qaradağ rayonunda qanvermə aksiyası keçirilib

Bakının Qaradağ rayonunda qanvermə aksiyası keçirilib.

 Strateq.az-ın xəbərinə görə, aksiya Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Rayonun Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini iştirak edib.

Qeyd edək ki, 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Ölkənin Birinci xanımı bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırıb.