XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 11:49

Babək prospektində avtomobil xəndəyə düşdü- FOTO - VİDEO

Babək prospektində yenidən asfalt örtüyü çöküb. Musavat.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Yolun çökməsi nəticəsində dərin çuxur yaranıb. Saat 00:30 radələrində Babək prospektində hərəkətdə olan“Mercedes” markalı 99 CA 956 dövlət nömrə nişanlı avtomobil çuxura düşüb.

Hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Hadisə şahidləri deyir ki, çuxur ətrafında təhlükəsizlik tədbirləri görülmədiyi üçün sürücü yolun qazılan hissəsini görməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında deyib ki, qazıntı işləri ərazidən keçən magistral su kəmərində problem yarandığı üçün aparılıb: “Babək prospektinin köməkçi yolunda su sızması baş vermişdi. Qəzanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işlərinə başlanılıb. Məndə olan məlumata görə, təhlükəsizlik tədbirləri görülüb. Sadəcə olaraq qabaqdan gələn maşın nişanları aşırıb, ikinci maşın isə çuxura düşüb”.

“Azərsu” ASC-nin hadisə ilə bağlı məlumat yaydığı məlumatda deyilir ki, prospektin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. “Bu zaman bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi – “Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu”nun əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib. Yolun təmirinə 20,1 milyon manat vəsait xərclənib.