XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 10:00

Rusiyanın məşhur rep ifaçısı qəflətən vəfat etdi –Ölüm səbəbi

Rusiyanın Detsl ləqəbi ilə tanınan məşhur rep ifaçısı Kirill Tolmatski 35 yaşında dünyasını dəyişib.

Strateq.az bildirir ki, bu barədə onun atası Aleksandr Tolmatski öz “Facebook” səhifəsində yazıb. “Kirill artıq yoxdur…”, — deyə o bildirib. “İzvestiya” qəzeti bildirir ki, reperin ölüm səbəbi bəlli olub. Musiqiçinin konsert direktoru Pavel Belents bildirib ki, Detsl ürək çatışmamazlığından vəfat edib. Onun sözlərinə görə, İjevsk şəhərində konsertdən sonra reper qrim otağına gedib, bir neçə dəqiqədən sonra halı pisləşib. Ölümün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq. İstedadlı rep ifaçısı Detsl hələ yeniyetmə yaşlarından bütün Rusiyada məşhur ola bilmişdi.