XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 10:59

Bərdədə küçəyə atılan körpələrin anası tapıldı –"Kirayə puluna görə evə gedə bilməmişəm" ( YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, dünən Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpə (8 aylıq, digərinin isə 2 yaşında) uşaq tapılıb. Uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Strateq.az Unikal.org-a istinadən məlumatına görə, artıq uşaqların anası tapılıb. Bu barədə Bərdə rayonun icra hakimiyyəti başçısının  müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya məlumat verib. O bildirib ki, azyaşlıların anası Qazax rayonunun Kəmərli kənd sakini Aslanova Yeganə Məhəmməd qızıdır. Hazırda Bərdə rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

 

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların anası, Qazax rayon sakini olan Yeganə Osmanova bu gün polis şöbəsində ifadə verib.

O, uşaqlarını küçəyə atmadığını deyib. Y.Osmanova bildirib ki, işə getdiyi üçün uşaqlarını kirayə yaşadığı evdə tək qoyub və kirayə pulunu hazırlayıb verə bilmədiyi üçün bir neçə gün evə getməyib. Buna görə də ev sahibi uşaqları gətirib polisə təhvil verib.

Y.Osmanova bu gün hər iki uşağını götürərək onlara sahib çıxıb.