XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 12:37

Bərdədə küçəyə atılmış uşaqlarla bağlı araşdırma gedir –Balacaların qeydiyyatda olduğu ünvan bəlli deyil

Bərdə rayonunda Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Osmanova tərəfindən iki uşağın atılması faktı ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası rəy verəcək.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticələrinə uyğun olaraq, valideynlik hüququndan tam məhrumetmə, məhdudlaşdırma və ya inzibati cərimənin tətbiqi ilə bağlı qərar veriləcək: “Valideyn hüquqlarının məhdudlaşdırılması yerli icra hakimiyyətinin də qərarı ilə mümkündür. Hər bir halda istənilən qərar verilərkən uşaqların mövqeyi müdafiə edilməlidir. Amma qərarın verilməsi üçün ilk növbədə uşaqların təkbaşına saxlanılmasının səbəbləri üzə çıxarılmalıdır. Əgər valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, onda məhkəmə 1-2 ay ərzində qərar verir”.

Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlizamin İsayev isə deyib ki, Bərdədə küçədə tapılan iki azyaşlı ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, hazırda uşaqlarla bağlı araşdırma aparılır: “Hələlik araşdırma aparılır ki, uşaqlar və valideynləri hansı rayonda qeydiyyatdadır. Hələ bu məlumatlar tam dəqiqləşməyib. Rəsmi dəqiqləşdirilmə aparılandan sonra aidiyyəti qurumlara məlumat veriləcək”.